XƏBƏRLƏR / Qayıdış

Laçında kinoteatr açılıb FOTO

İşğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası səkkiz aya bərpa olunub

Laçında kinoteatr açılıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq fəaliyyətə başlayıb.

    Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, hüquq-mühafizə orqanları və Bakı Abadlıq Xidməti MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri və hərbiçilər iştirak edib.

    Kinoteatr binasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub. 1700 kv-lıq ərazidə 1000 kv-a yaxın klub inşa edilib. 230 oturacaqdan ibarət olan klubun binasının daxili 350 kv, səhnənin ölçüsü 82 kv, ekranın ölçüsü isə 70 kv. İlk dəfə olaraq Laçında "Mən burdayam, İlahi" adlı Azərbaycan filminin nümayişi olub.

    Laçın sakinləri öz doğma vətənlərində kinoteatr binasında film təqdimatını alqışlarla qarşılayıb.