XƏBƏRLƏR / Hərbi

Laçının Sus kəndində çoban minaya düşüb

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb

Laçının Sus kəndində çoban minaya düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

    Araşdırma aparılır.