Reportaj

Laçının yolları gecələr işıq saçır FOTO

Şəhərdaxili yolların, məhəllələrin çil-çırağı Laçının gecələrinə işıq saçır

Laçının yolları gecələr işıq saçır FOTO
Laçın
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dağlar qoynunda yerləşən Laçın şəhəri 30 ilə yaxın düşmən əsarətində qalsa da, əzəmətini itirmədi və öz doğma sahiblərini gözlədi. İndi azad Laçın gündən-günə gözəlləşir.

    Laçında aparılan tikinti-bərpa işləri sürətlə davam edir. Şəhərin işıqlandırılması da xüsusi nəzarətdə saxlanılır. Şəhərdaxili yolların, məhəllələrin çil-çırağı Laçının gecələrinə işıq saçır. Şəhərin yollarına yüksək nöqtədən nəzər saldıqda, sanki qızılı rəngə boyanmış çay təsvir olunub.