Qayıdış

Laçının Zabux kəndində 1 tondan çox narkotik aşkar edilib

Bu barədə DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Laçının Zabux kəndində 1 tondan çox narkotik aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın rayonunun Zabux kəndində ümumi çəkisi 1 tondan artıq olan 7 min 46 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

    Bu barədə DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Laçın Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirib. Nəticədə rayonun sözügedən kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.