XƏBƏRLƏR / Rəsmi

Azərbaycan və Latviya prezidentlərinin görüşü olub

Bu barədə prezidentin rəsmi saytı yazıb

Azərbaycan və Latviya prezidentlərinin görüşü olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:15

    Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Egils Levitsin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub.

    ***

    Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər.

    14:10

    Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub. YENİLƏNƏCƏK

    ***

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

    Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb.

    Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdirblər.