
15:51
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Media üçün qapalı keçirilən görüşdə Ukrayna müharibəsi, regional və ikitərəfli məsələlərin müzakirə olunacağı gözlənilir.
***
09:48
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.
Rusiya diplomatik missiyasının rəhbərini daşıyan təyyarə Ankara hava limanına enib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Türkiyədə bır sıra danışıqlar planlaşdırdığını demişdi.
Onun sözlərinə görə, səfər zamanı beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair geniş mövzular müzakirə olunacaq.