XƏBƏRLƏR / İctimaiyyət

Lənkəranda bir ailənin 9 üzvü turşudan zəhərlənib

Onlardan 3-ü uşaqdır

Lənkəranda bir ailənin 9 üzvü turşudan zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lənkəran rayonunun Osaküçə kəndində bir ailənin 9 üzvü pomidor turşusu qəbul etdikdən sonra səhhətlərində yaranan problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

    Ailə üzvləri səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər şöbəsinə yerləşdiriliblər.

    Məlumata görə, müraciət edənlərin 3-ü uşaqdır.

    İlkin tibbi yardımdan sonra ailənin bütün üzvləri xəstəxanadan evə buraxılıblar.