Ərdoğan: 114 834 nəfər dağıntılar altından sağ çıxarılıb
Bunu Türkiyə Prezidenti Hatayda keçirdiyi brifinqdə bildirib
Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri yekunlaşmaq üzrədir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.
Türkiyə liderinin sözlərinə görə, zəlzələdə həlak olan 41 156 nəfər dəfn edilib.
O, 114 834 nəfərin dağıntılar altından sağ çıxarıldığını qeyd edib.