Ədliyyə Nazirliyi daha üç partiyanı qeydə aldı
Bununla da Azərbaycanda qeydiyyatdan keçən partiyaların sayı 15-ə çatıb
Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı qeydiyyatdan keçirib.
Bunlar Vəhdət (sədr Tahir Kərimli), Azad Vətən (sədr Akif Nağı) və Klassik Xalq Cəbhəsi partiyalarıdır. partiyalarıdır.
Məlumat həmin partiyalardan təsdiqlənib.
Bununla da Azərbaycanda qeydiyyatdan keçən partiyaların sayı 15-ə çatıb.
Yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edən 27 siyasi partiyadan 12-si hazırda cavab gözləyir.
Rəsmi qeydə alınan partiyaların siyahısını təqdim edirik:
1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev)
2. Ağ Partiya (sədr Tural Abbaslı)
3. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı)
4. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev)
5. Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev)
6. Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı)
7. Haqq Ədalət Partiyası (sədr Əli İnsanov)
8. Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə)
9. Ümid Partiyası (sədr İqbal Ağazadə)
10. Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev)
11. Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu)
12. Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn)
13. Vəhdət Partiyası (sədr Tahir Kərimli)
14. Azad Vətən Partiyası (sədr Akif Nağı)
15. Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu)