Lerikdə meşədə erməni istehsalı“Kalaşnikov” avtomatı tapılıb
İki silahın Ermənistan istehsalı olan AK-103 olduğu müəyyən edilib

Lerikdə meşəlik ərazidən 3 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd ov tüfəngi aşkar edilib.
Bu xəbərdə diqqətimizi 3 avtomatdan 2-nin 7.62 kalibrli olması cəlb etdi. Ordumuz bu çaplı avtomatlardan istifadə etmir. Üstəlik, ordumuzda belə itkilər mümkün deyil.
Bundan əlavə, sağdakı iki silahın Ermənistan istehsalı olan AK-103 olduğunu müəyyən etmək olar. Bu o deməkdir ki, çox güman ki, bu avtomatların mənşəyi işğaldan azad edilmiş ərazilərə aiddir.