Leyla Yunus Azərbaycanda 182 siyasi məhbus tapıb
Siyahıda İranın casus şəbəkəsinin üzvləri də var
"Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqı 182 addan ibarət siyasi məhbusların yeni siyahısını dərc edib.
Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib.
Fevralda əvvəlki siyahı dərc edildikdən sonrakı dövr ərzində siyasi məhbusların sayı təxminən 2 dəfə artıb. Beləliklə, siyahıya 89 yeni ad əlavə olunub və onlar hamısı dindarlardır, deyə Həsənov bildirib.
Siyahıda İranın casus şəbəkəsinin üzvləri də var (Turan).