Leysan və sel dağlıq rayonlarına ziyan vurmağa davam edir
Böyük dolu evlərin və təsərrüfat tikililərinin damına ziyan vurub, maşınların şüşələrini sındırıb FOTO
Ötən bazar günü güclü leysan və dolu ölkənin bir çox dağlıq və dağətəyi rayonlarını əhatə edib. Güclü yağış selə səbəb olub və yolları dağıdıb. Meyvə bağlarına və digər kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.
Böyük dolu evlərin və təsərrüfat tikililərinin damına ziyan vurub, maşınların şüşələrini sındırıb.
Təbii fəlakət Böyük Qafqaz (Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Xaçmaz) və Kiçik Qafqaz (Daşkəsən, Gədəbəy) bölgəsini, Qarabağın dağlıq və aran hissələrini əhatə edib.
Sinoptiklərin proqnozuna görə, qeyd edilən bölgələrdə yağıntı iyunun 19-da da davam edəcək.