Lionel Messi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Onlar Ümummilli Liderin məzarı önünə əklil qoyublar
Azərbaycanda səfərdə olan futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Onlar Ümummilli Liderin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.
Dünyaşöhrətli futbolçuları iş adamı Adnan Əhmədzadə müşayiət edib.