XƏBƏRLƏR / Həyat Tərzi

Lüksemburq Hersoqu Anri hakimiyyəti oğluna təhvil verib

Taxtdan imtina edən 70 yaşlı Anri 2000-ci ildən Lüksemburqun Hersoqu vəzifəsini icra edirdi

Lüksemburq Hersoqu Anri hakimiyyəti oğluna təhvil verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Lüksemburqda keçirilən rəsmi mərasimdə hersoq Anri taxt-tacdan imtina edərək hakimiyyəti varisi və böyük oğlu Qiyoma təhvil verib.

    Anri Hersoqlar Sarayında taxtdan imtina etməsi barədə fərmanı imzalayıb, daha sonra sənəd ölkənin Baş naziri Lyuk Friden tərəfindən də təsdiqlənib. Yeni Hersoq Qiyom yaxın saatlarda Lüksemburqun Deputatlar Palatasında and içəcək. Qiyomun taxtaçıxma mərasimində Lüksemburqun yüksək vəzifəli şəxsləri ilə yanaşı, xarici qonaqlar da iştirak ediblər. Onların arasında Belçika Kralı Filipp, Niderland Kralı Villem-Aleksandr, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Şurasının sədri Antoniu Koşta da olub.

    Qeyd edək ki, 43 yaşlı Qiyom Böyük Britaniyanın “Sandherst” Kral Hərbi Akademiyasında hazırlıq keçib, Fransanın “Anje” Universitetində siyasi elmlər üzrə təhsil alıb.

    Taxtdan imtina edən 70 yaşlı Anri 2000-ci ildən Lüksemburqun Hersoqu vəzifəsini icra edirdi.