XƏBƏRLƏR / Hərbi

Lənkəranda dənizkənarı zonada mina aşkar edilib

Hadisə yerinə ekspertlər gətirilib

Lənkəranda dənizkənarı zonada mina aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mina sahildə, çimərliyin yaxınlığında tapılıb. Hadisə yerinə ekspertlər gətirilib. İnsanlar təxliyə edilib, təhlükəsizlik tədbirləri görülüb, mina təmizlənib.

      Qeyd edək ki, vaxtilə bu ərazidə Sovet Ordusuna məxsus hərbi hissə yerləşirdi. Dəniz səviyyəsi qalxdıqdan sonra ərazini su basıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduğundan aidiyyəti qurumların əməkdaşları tərəfindən minalar aşkar edilərək təmizlənir.