XƏBƏRLƏR / Hərbi

Stoltenberq Azərbaycandan Gürcüstana gedəcək

Gürcüstan mətbuatı xəbər verir

Stoltenberq Azərbaycandan Gürcüstana gedəcək
Yens Stoltenberq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • NATO-nun baş katibi Yens Stoltenberq bu gün Gürcüstana səfər edəcək.

    Gürcüstan mətbuatı xəbər verir ki, onun yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir.

    Belə ki, Stoltenberq Gürcüstanın baş naziri İrakli Kobaxidze və prezident Salome Zurabişvili ilə görüşəcək.

    Qeyd edək ki, Stoltenberq Tiflisə Bakıdan gedəcək. Gürcüstandan sonra isə danışıqlar üçün Ermənistana səfər edəcək.