XƏBƏRLƏR / Həyat Tərzi

Maçado Trampa Nobel Sülh Mükafatını verdi YENİLƏNİB

Bu barədə ABŞ Prezidenti sosial şəbəkələrdə məlumat verib

Maçado Trampa Nobel Sülh Mükafatını verdi YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:53

    Norveç Nobel Komitəsi ABŞ prezidenti Donald Trampa Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını saxlamağa icazə verib.

    Komitə bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

    Açıqlamada deyilir: "Medal əldən-ələ keçə bilər, amma Nobel Sülh Mükafatının laureatının adı dəyişmir".

    6 yanvarda Venesuela müxalifətinin lideri Maria Korina Maçado ABŞ Prezidentinə 2025-ci ildə aldığı Nobel Sülh Mükafatını verməyə hazır olduğunu bildirib. O, mükafatı alarkən onu Amerika liderinə həsr etdiyini, çünki onun buna layiq olduğunu düşündüyünü bildirib. Müxalifət lideri qeyd edib ki, 3 yanvarda Tramp bir çoxlarının qeyri-mümkün hesab etdiyi şeyə nail olub – Maduronu Venesuala prezidenti vəzifəsindən kənarlaşdırıb.

    15 yanvarda Tramp Maçado ilə Ağ Evdə görüşüb. Danışıqlar zamanı müxalifət lideri Nobel Sülh Mükafatı medalını ABŞ Prezidentinə təqdim edib. “Fox News”un məlumatına görə, Amerika lideri onu qəbul edib.

    ***

    09:57

    Venesuelanın müxalifət lideri və Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado Nobel Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa təqdim etdiyini açıqlayıb. "Reuters" xəbər verir ki, onun medalı qəbul edib-etmədiyi hələ məlum deyil.

    Maçado ABŞ Prezidentinə Nobel Mükafatı medalını təqdim etdiyini bildirib.

    O, həmçinin Trampın Venesueladakı vəziyyəti dərindən anlamasından təsirləndiyini bildirib. O, "vəziyyəti bilir və Venesuela xalqının əzablarını başa düşür" deyib.

    "Bu gün V\venesuelalı Maria Korina Maçado ilə görüşmək böyük şərəf idi. O, çox şeydən keçmiş əlamətdar bir qadındır. Maria mənə gördüyüm işə görə Nobel Sülh Mükafatını təqdim etdi. Qarşılıqlı hörmətin necə də gözəl bir jestidir. Təşəkkür edirəm, Maria!", - deyə ABŞ Prezidenti yazıb.

    Daha əvvəl mediada ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatını qəbul etmək qərarına görə Venesuela demokratik müxalifət lideri Maria Korina Maçadonu dəstəkləməkdən imtina etdiyi barədə məlumat yayılmışdı.

    Maçado əvvəllər mükafatını Trampa verməyi təklif etmişdi və Tramp mükafatı almaqdan "şərəf duyacağını" bildirmişdi. Lakin Norveç Nobel İnstitutu "mükafatın başqasına verilə bilməyəcəyini" bildirib.