Paşinyanın arvadı onların vətəndaş nikahının bitdiyini deyib
Anna Hakobyan bu barədə sosial şəbəkədə yazıb və bu mövzunu müzakirə edərkən təmkinli və nəzakətli olmağı xahiş edib
Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan "vətəndaş nikahlarının hekayəsinin" bitdiyini elan etdi və hər kəsi bu mövzuda təmkinli və nəzakətli olmağa çağırdı:
"Əziz həmvətənlərim, sizə bildirirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hər kəsdən bu mövzunu müzakirə edərkən təmkinli və nəzakətli olmağı xahiş edirəm. Təşəkkür edirəm", - Anna Hakobyan sosial mediada yazıb.
Bu müəmmalı paylaşımı Ermənistan mətbuatı çütlüyün nigahının VVAQ-da qeydiyyatdan keçirildiyi kimi yozur .
Qeyd edək ki, Paşinyan 4 uşağının anası olan Hakobyanla vətəndaş nigahında yaşadığını həmişə etiraf edirdi.
Erməni kilsə rəhbərləri ilə sərt münaqişədə olan baş nazir Anna Hakobyanla münasibətlərini xristian cəmiyyətin qəbul etdiyi səviyəyə gətirmək qərarına gəlib.
1 dəqiqədən az