Amerikalılara Ermənistanla bağlı marixuana xəbərdarlığı
ABŞ-da 2018-ci ildən tibbi marixuanaya icazə verilib
Amerikalılara xəbərdarlıq edilib ki, Ermənistana marixuana ilə uçmayın.
Bu barədə ABŞ səfirliyi rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.
Səfirlik həmvətənlərinin nəzərinə çatdırılıb ki, Ermənistanda tibbi marixuananın istifadəsi qadağandır və ölkəyə gətirildikdə hüquqi problemlər yaranacaq. Belə xəbərdarlığın səbəbi diplomatik nümayəndəlikdə izah edilməyib, çünki ABŞ-da 2018-ci ildən tibbi marixuanaya icazə verilib.