İnsanların ana dili ilə musiqi bacarıqları arasında əlaqə
Ana dilimiz səs tonuna necə təsir göstərir?
Uzun illər musiqi qabiliyyətinin yalnız genetik miras olduğuna inanılırdı. Yaxın zamanlarda əldə edilən tibbi nailiyyətlər hesabına isə müxtəlif cərrahi əməliyyatlarla da səs tellərində dəyişikliklər etmək mümkün hala gəldi.
Bu günlərdə isə alimləri maraqlandıran başqa bir sual var: Bəs, ana dilimiz səs tonuna necə təsir göstərir?
Yeni Zelandiyanın Auckland Universitetinin araşdırmalarına görə, yeni doğulmuş körpənin ilk üç-dörd illik müddət ərzində hansı dildə danışdığı və müvafiq dildəki səs sistemi səs tellərinin formalaşmasında əsas rol oynayır. Bu araşdırma alimlərə eyni bir millətdən olan şəxslərin səs tonundadakı bənzərliyi də izah etməyə kömək edir.
Auckland Universitetinin professoru Courtney Hiltonun dediyinə görə, ana dili ispan dili olan şəxslər bəzi xüsusi notları daha səlis tələffüz edə bildiklərindən, oynaq melodiyaya sahib mahnıların ifasında daha mahirdirlər.