XƏBƏRLƏR / Həyat Tərzi

Paşinyan uşaqlarının anasını ABŞ-a göndərdi

Anna Akopyan Nyu-Yorka dövlət hesabına işgüzar səfərə gedib

Paşinyan uşaqlarının anasını ABŞ-a göndərdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanı ABŞ-a işgüzar səfərə göndərib.

    Ermənistan Baş nazirinin qərarına əsasən, Akopyan 26 iyun - 4 iyul tarixlərində ABŞ-da olacaq. Nyu-Yorkda o, Dünya Birinci Xanımlar Akademiyasının illik tədbirində iştirak edəcək.

    Gündəlik xərclər və Nyu-Yorkda yaşayış xərcləri də daxil olmaqla, səyahət xərcləri müəyyən edilmiş prosedurlara uyğun olaraq Ermənistan Baş nazirinin Ofisi tərəfindən ödəniləcək.

    Xatırladaq ki, bu il fevralın 27-də 4 uşaq anası Anna Akopyan Paşinyandan ayrıldığını elan etmişdi. Daha sonra onlar Gümrüdə seçki kampniyası vaxtı birlikdə göründülər.