Şotlandiyada ada satılır: 600 min avro
Eylin Mallaqraç adasının sahəsi 360 min kvadratmetrdir
Şotlandiyanın şimal-qərbində yerləşən və sahəsi 360 min kvadratmetr olan Eylin Mallaqraç adası 600 min avrodan bir qədər az məbləğə satışa çıxarılıb.
“Daily Mail” nəşrixəbər verir ki, Mallaqraç təbiətin cənnət məkanıdır: burada 95-dən çox bitki və çiçək növü var, ən azı 22 növ quş, eləcə də su samuru yaşayır.
Problem ondadır ki, bu məkana çatmaq o qədər də asan deyil. Siz adətən coşqun dalğalı dənizdə 35 dəqiqəlik qayıq gəzintisi etməli olacaqsınız, daha sonra isə qayıqdan adadakı yeganə binaya dəmir pilləkənlə qalxmalısınız.
“Daily Mail” nəşri yazır ki, Wi-Fi və internetin olmadığı adaya səfər çox uzun çəkməməlidir, çünki Mallaqraçda hər zaman küləyin dəyişmək riski var, siz adanı tərk edə bilməyəcəksiniz və təcrid olunacaqsınız. Adanın əvvəlki sahibi bir həftəyə yaxın oğlu ilə birlikdə burada tərk edilmiş vəziyyətdə qalıb və sahil mühafizəsi tərəfindən xilas edilib.