Böyük Britaniya Kralı III Çarlzın bacısı Şahzadə Anna xəstəxanadan evə buraxılıb.
73 yaşlı Şahzadə bazar günü Qlosterşirdəki Qatkomb Parkında yerləşən malikanəsində gəzərkən at onu vurmuş, nəticədə kiçik xəsarətlər və beyin sarsıntısı almışdı.
Şahzadə Anna beş gün xəstəxanada saxlandıqdan sonra bu gün evə buraxılıb.
Qeyd edək ki, Şahzadə xəstəxanada olduğu üçün bu həftə Bukingem Sarayında Yaponiya İmperatorunun şərəfinə təşkil edilən ziyafətdə iştirak edə bilməyib.