XƏBƏRLƏR / Həyat Tərzi

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

O, konsertə uşaqları Corc və Şarlotla gəlib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şahzadə Uilyam məşhur müğənni Teylor Sviftin Londonun Uembli stadionunda keçirilən konsertində iştirak edib.

    42-ci doğum gününü qeyd edən Şahzadə Uilyam uşaqları Corc və Şarlotla birgə konsertdə iştirak edib.

    Daha sonra Şahzadə Uilyam Teylor Sviftlə selfi çəkdirərək sosial media hesabında paylaşıb. Britaniya taxtının varisi Teylor Sviftin “Shake It Off” mahnısı ilə rəqs edərkən tamaşaçılar tərəfindən lentə alınıb.