XƏBƏRLƏR / Həyat Tərzi

Kim Çen In Putinə ov iti hədiyyə etdi

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb

Kim Çen In Putinə ov iti hədiyyə etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Koreya (KXDR) lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə iki ov iti hədiyyə edib.

    Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

    Məlumata görə, hədiyyə edilən itlər Şimali Koreyanın nadir "Pungsan" cinsindəndir.

    Kim Çen In həmçinin Vladimir Putini KXDR-in ən yüksək dövlət mükafatı - Kim İr Sen ordeni ilə təltif edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub.