Dünyanın ən yaşlı iti ölüb
2023-cü ilin fevralında Ginnesin Rekordlar Kitabı Bobini dünyanın ən yaşlı iti adlandırıb
Dünyanın ən yaşlı iti – Bobi adlı Portuqaliya ovçarkası 31 il və 165 gün yaşında ölüb.
Bobi Rafeyru du Alenteju cinsindəndir. Bu növü, həmçinin Portuqaliya gözətçisi və ya Portuqaliya mastifi də adlandırırlar. Bobi Portuqaliyanın kəndində, sahiblərinin yaşadığı ailə fermasında ölüb.
Bu cinsdən olan itlərin orta ömür yaşı 12-14 il təşkil edir.
2023-cü ilin fevralında Ginnesin Rekordlar Kitabı Bobini dünyanın ən yaşlı iti adlandırıb.
Bobiyə qədər bu yeri Avstraliyadan olan Blyui adlı Avstraliya çoban iti tuturdu. Həmin it 1939-cu ildə 29 il və 5 aylıq yaşında ölüb.