XƏBƏRLƏR / Həyat Tərzi

Şahzadə Diananın məktubları hərraca çıxarılacaq

Məktubların qiyməti 200 funt sterlinqdən başlayır

Şahzadə Diananın məktubları hərraca çıxarılacaq
Şahzadə Diana
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şahzadə Diananın keçmiş xadiməsi Violet Kollisona ünvanladığı əlyazma məktubları və açıqcalardan bir neçəsi “Sworder's” auksionunda hərraca çıxarılacaq.

    Diananın “Kolli” ləqəbi ilə çağırdığı Kollison şahzadənin anasının Sandrinhem malikanəsindəki “Park House”dakı ailə evində baş xadimə vəzifəsində çalışırdı. Hərrac kolleksiyasına Kollisonun Diananın 1981-ci ildə Kral III Çarlzla toyuna dəvət kartı və şahzadənin 1981-1994-cü illər arasında göndərdiyi Milad təbrikləri daxildir.

    Diana ilə Çarlzın 1981-ci ildə toy portretini əks etdirən bayram kartında “Milad və Yeni il münasibətilə ən xoş arzular” sözləri var. Şahzadə bu qeydi belə imzalayıb: "Dianadan sevgi ilə”.

    1996-cı ildə Çarlzdan boşandıqdan sonra Diananın Milad kartlarında yalnız oğulları şahzadə Uilyam və şahzadə Harri ilə çəkdirdiyi fotoşəkillər var idi.

    Sonuncu bayram təbrikində yazılıb: “Sizin Milad bayramınız və Yeni iliniz mübarək olsun. 1994” – “Dianadan sevgilərlə”.

    Məktubların qiyməti 200 funt sterlinqdən 1200 funt sterlinqə (257 dollardan 1543 dollara) qədər dəyişir.