1990-cı ildə çəkilmiş “Evdə tək” komediya filmi Milad filmləri kateqoriyasında əfsanə statusuna layiq görülüb. Film Milad bayramında ailəsinin Çikaqodakı şəhərtrafında yerləşən nəhəng evində təsadüfən tək qalan gənc Kevin Makkalister haqqındadır.
İndi filmin çəkildiyi həmin ev satışa çıxarılıb. Malikanə ABŞ-ın İllinoys ştatının Vinnetka şəhərində yerləşir, burada beş yataq otağı və altı hamam otağı var. Ev 5,25 milyon dollara satışa çıxarılıb.
Amerikanın “Zillow” daşınmaz əmlak agentliyinin məlumatına əsasən, evdə tam təchiz olunmuş trenajor zalı, ultramüasir kinoteatr, qapalı idman meydançası və üç maşınlıq qızdırılan qaraj var. Agentlik evin satın alınmasını “amerikan pop-mədəniyyətində ən kult iqamətgahlardan birinin sahibkarı olmaq üçün nadir fürsət” kimi təsvir edir.