Afroamerikalı işçiləri təhqir edən Baydeni Ağ Ev xilas edib
Bu barədə “Daily Mail” yazıb
Ağ Ev ölkə prezidenti Cozef Baydenin afroamerikalı və ispan əsilli şçilərinin təhsilinin olmamasına işarə etdiyi çıxışının stenoqramını “qeyri-adi” şəkildə dəyişdirib.
Bu barədə “Daily Mail” yazıb.
Merilend ştatında çıxışı zamanı Amerika lideri iri korporasiyaların dövlətə “ədalətli vergi payı” verməsi və ABŞ-da 13 milyon iş yerinin yaradılması barədə danışıb. Bununla belə, o, ağdərili olmayan azlıqların və veteranların təhsilsizliyinə eyham vurmaqla “ciddi səhvə” yol verib.
“Biz rekord səviyyədə aşağı işsizliyi görürük, xüsusən mən bunu bütün karyeram boyunca vurğulayıram - xüsusən afroamerikalı işçilər, ispan əsilli işçiləri və veteranlar, bilirsiniz, orta məktəb diplomu olmayan işçilər arasında”.
Nəşr qeyd edib ki, daha sonra prezidentin çıxışının rəsmi stenoqramlarını dərc edən Ağ Ev Baydenin sözlərini düzəldib.
ABŞ-ın hazırkı prezidentinin sözləri və davranışları mütəmadi olaraq onun işinin öhdəsindən gəlmək qabiliyyətinə şübhələr yaradır. Bəzən Bayden tədbirdə olanların adlarını və ya vəzifələrini qarışdırır və səhnədən çıxış yolu tapmaq üçün başqalarının köməyinə müraciət edir.