XƏBƏRLƏR / Həyat Tərzi

Valentin Yudaşkin vəfat etdi

Bu barədə Rusiyanın Birinci Kanalı məlumat yayıb

Valentin Yudaşkin vəfat etdi
Valentin Yudaşkin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məşhur rusiyalı modelyer Valentin Yudaşkin 59 yaşında dünyasını dəyişib. Bu barədə Birinci Kanal məlumat yayıb.

    Dizayner son bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

    2016-cı ildə Yudaşkində böyrək xərçəngi, sonra isə başında metastazlar aşkarlanıb. Həmin vaxtdan müalicə olunurdu.

    Valentin Yudaşkin karyerasına 1980-ci illərdə başlayıb. Onun ilk kolleksiyası 1991-ci ildə Parisdə təqdim olunub. Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan modelyer Rusiyanın Xalq artisti (2005), Rusiyanın Əməkdar incəsənət xadimi (1999) fəxri adlarına layiq görülüb.

    Putin Yudaşkin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib.