Aclıqdan ölən İsa peyğəmbərlə görüşəcək
Keniyada acından ölən 47 nəfərə belə deyibmişlər
Keniyada aclıqdan ölürlərsə, Həzrət İsa ilə görüşəcəkləri vədi ilə aldadılan təriqətlə bağlı davam edən istintaq çərçivəsində tapılan cəsədlərin sayı günü-gündən artır. Bu barədə TRT Haber məlumat yayıb.
Sahil qəsəbəsi Malindi yaxınlığındakı Şakahola meşəsində davam edən qazıntılar zamanı tapılan cəsədlərin sayının 47-yə yüksəldiyi açıqlanıb.
Daxili işlər naziri Kithure Kindiki verdiyi açıqlamada, 800 hektarlıq meşənin bağlandığını və cinayət yeri elan edildiyini və bu vəhşiliyin təkcə günahkarların ən ağır cəzasına deyil, həm də hər kilsə, məscid, məbəd, sinaqoq üçün daha sərt qaydalara səbəb olması lazım olduğunu söyləyib.
Keniya mətbuatında “təriqət lideri” kimi qələmə verilən və saxlanılan Paul Makenzi Nthenge həbsdə olarkən yemək və içməkdən imtina etdiyini açıqlayıb.
Nthengenin bir çox insanın aclıqdan ölməsi vəziyyətində guya İsa peyğəmbərlə görüşməyə gedəcəklərini deyib.
Aprelin 15-də aclıqdan ölən 4 nəfərin cəsədi tapıldıqdan sonra polis Ntenqeni saxlayıb.