XƏBƏRLƏR / Həyat Tərzi

Serdar Ortaç: "Sol qolumu itirdim, ölmək istəyirəm"

Bunu S.Ortaç Türkiyə televiziyalarəndan birində deyib

Serdar Ortaç: "Sol qolumu itirdim, ölmək istəyirəm"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qeyri-qanuni mərc oyunu istintaqında 3 ilə qədər həbs cəzası tələb edilən Serdar Ortaç üçün ev dustaqlığı qərarı çıxarılıb.

    Ortaç verilişlərdən birində deyib: “Ev dustağı olarkən sol qolumu itirdim. Xəstəliyimdən sol ayağımı itirdim, yeriməkdə çətinlik çəkdim, amma buna baxmayaraq, “konsertimi yenə verəcəyəm” dedim. Mən bunu edirdim. Ancaq bu qumar bəlası mənim başıma gəldi və cəzalandım. Evdə qandallı gəzməkdən çox narahat olduğum üçün sol qolumu itirdim".

    Sənətçi "Artıq ağlıma gələni heç vaxt deməyəcəyəm. Bu mənim son müsahibəmdir. Bir daha danışmayacağam. Dəyər verən yoxdur, danışmağa dəyməz. Mən ölmək istəyirəm. Sabah ölmək istəyirəm. Bir vaxtlar 300 min adam “Sərdar” deyə qışqırırdı. Xahiş edirəm, mənə "Sən böyük Serdar Ortaçsan" deməyin. Bu həyatda heç kim böyük deyil" deyib.