Separatçılarla Paşinyan hökuməti arasında əlaqə pozulub
Bu barədə Ermənistanın “Hraparak“ nəşri yazıb
Qarabağda özünü buraxan separatçı rejimlə Ermənistanın hakimiyyət nümayəndələri arasında əlaqə tamamilə pozulub.
Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Nəşrin yazdığına görə, separatçı rejimin “nazirləri” Ermənistandakı həmkarları ilə görüşməyə cəhd ediblər, lakin onlara imtina cavabı verilib.
Həmçinin əlavə olunub ki, separatçı rejimin “rəsmiləri”ndə belə bir təəssürat yaranıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun hökuməti qondarma “artsax”ı xalqın yaddaşından silməyə, onun heç vaxt mövcud olmadığını göstərməyə çalışır.