XƏBƏRLƏR / Həyat Tərzi

Türkiyə Prezidenti Ərdoğan onuncu dəfə baba olub

Ərdoğan xəstəxanada cütlüyü ziyarət edib

Türkiyə Prezidenti Ərdoğan onuncu dəfə baba olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Ərdoğanın qızı Sümeyye Ərdoğan Bayraktar və həyat yoldaşı Səlçuk Bayraktar üçüncü övladlarını - qız dünyaya gətiriblər.

    Ərdoğan xəstəxanada cütlüyü ziyarət edib, nəvəsi və qızının sağlamlığı ilə bağlı məlumat alıb və təbriklərini çatdırıb.

    Prezident Ərdoğanı xəstəxanaya baş çəkərkən həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

    Sümeyye və Səlçuk Bayraktar 2017-ci ildə dünyaya gələn uşaqlarına Canan Aybüke, 2024-cü ildə isə dünyaya gələn uşaqlarına Asım Özdemir adını veriblər.

    Ərdoğanın qızı Esra Albayrak və Berat Albayrakın 4, oğlu Bilal Ərdoğan və Reyyan Ərdoğanın isə 3 övladı var.