"Qəsdən belə edirlər ki, mən təzədən içməyə başlayım"
Bununla qalmaqallı yazıçı Kəramət Böyükçöl rəqqasə Oksana Rəsulovanın Naxçıvan Universitetində görüş keçirməsinə münasibət bidirib
"Naxçıvan Universitetində rəqqasə Oksana ilə görüş keçirilib. Oksana xanım tələbələrə öz həyat və iş təcrübəsindən danışıb.
Qeyd edək ki, Naxçıvan universitetində görüş keçirdiyini rəqqasə özü yazıb: “Bu gün gözəl bir gün keçirdim. Naxçıvan Universitetinin rektoru Anar Kazımov, prorektor Nurlana Əliyeva və universitetin digər nümayəndələri ilə görüş keçirilib. Sonra tələbələrlə 1,5 saatlıq görüş oldu, çox maraqlı və faydalı oldu. Hər kəsdən çox müsbət enerji aldım”.
Milli Məclisin deputatı Fazil Mustafa da facebook səhifəsində rəqqasə Oksana Rəsulovanın Naxçıvan Universitetində tələbələr qarşısında çıxış etməyinə münasibət bildirib: "Universitetdə rəqqasənin mühazirə oxumasını niyə təəccüblə qarşılayırsınız? Heç olmazsa, hərəkətin, dinamikanın sirlərini aşılayır gənclərə. Xoşlamırsınızsa, universitetlərə molla gətirin, elmi nağıllar oxusun. Ahəstə-ahəstə yuxlatsın gənclərimizi".