Paşinyan arvadı və qızını da Sankt-Peterburqa aparıb
Bu barədə erməni tərəfinin yaydığı fotodan da görünür
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edib. Hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyanı Pulkovo hava limanında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko qarşılayıb. Sankt-Peterburqda Paşinyan MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək. Ermənistan KİV-nin məlumatına görə, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanı və kiçik qızını da özü ilə birgə Sankt-Peterburqa aparıb. Xatırladaq ki, Nikol Paşinyanın üç qızı, bir oğlu var.