Argentina Prezidenti sevgilisindən ayrıldı
53 yaşlı Miley ilə 43 yaşlı Flores televiziya verilişində tanış olmuşdular
Argentina Prezidenti Xavyer Miley sevgilisindən ayrılıb. Bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.
O, aktrisa Fatima Flores ilə münasibətlərinin bitdiyini açıqlayıb.
Siyasətçi qərarın qarşılıqlı olduğunu və iş qrafiki arasında uyğunsuzluqla bağlı olduğunu bildirib.
Mileyin sözlərinə görə, keçmiş sevgilisi Avropa və ABŞ-də bir neçə iş təklifi alıb və özü də prezident kimi çox məşğuldur və daim səyahət edir.
Xatırladaq ki, 53 yaşlı Miley ilə 43 yaşlı Floresin münasibətləri 2023-cü ilin yayında, siyasətçinin seçkilərə qatılmağa hazırlaşdığı vaxt başlayıb - cütlük televiziya verilişində tanış olub.
Qeyd edək ki, Miley ötən ilin dekabr ayında prezident seçilib.