XƏBƏRLƏR / Həyat Tərzi

Bulvarda "CandyFest" yay festivalı başlayır FOTO

Bu canlı əyləncə marafonu iyulun sonuna qədər davam edəcək

Bulvarda "CandyFest" yay festivalı başlayır FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İki aylıq bu canlı əyləncə marafonu iyulun sonuna qədər davam edəcək. Məkan bu yay şəhərin ən rəngarəng, ləzzətli və populyar məkanı olmaq üçün xüsusi olaraq dizayn edilib.

    Mövzulu alış-veriş köşkləri, müxtəlif yay şirniyyatları, oyun meydançaları, interaktiv əyləncə və canlı şoular qonaqlar üçün mövcuddur.

    Saat 17:00-dan 19:00-dək uşaqlar tamaşalardan, müsabiqələrdən, interaktiv oyunlardan və digər əyləncəli fəaliyyətlərdən zövq alacaqlar.

    Festivalın ən yaddaqalan məqamlarından biri də ilk dəfə 1500 nəfərlik açıq hava amfiteatrında ziyarətçilərə təqdim olunacaq su sirki olacaq. Xüsusi vizual effektlər və musiqi müşayiəti ilə təqdim olunan tamaşa hər gün saat 20:30-da başlayacaq və 75 dəqiqə davam edəcək.

    Saat 23:00-dan sonra su sirk səhnəsində böyüklər üçün xüsusi musiqi proqramları keçiriləcək.

    Festival ərazisinə giriş pulsuzdur. Su sirkinin axşam tamaşalarına biletləri iticket.az saytından və şəhər kassalarından əldə etmək olar.