XƏBƏRLƏR / Münaqişə

Macarıstan Rusiya neftinin tədarükünü dayandırdı YENİLƏNİB

Ukrayna Macarıstana gedən neft kəmərinə yenidən hücum edib

Macarıstan Rusiya neftinin tədarükünü dayandırdı YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:27

    Öz növbəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa Peter Siyartonun bəyanatını şərh edib:

    "Peter, bu müharibəni Ukrayna yox, Rusiya başlayıb və onu bitirməkdən imtina edir. Macarıstana illərdir deyirlər ki, Moskva etibarsız tərəfdaşdır. Buna baxmayaraq, Macarıstan genişmiqyaslı müharibə başlayandan sonra da Rusiyadan asılılığını qoruyub saxlamaq üçün əlindən gələni etdi. İndi siz şikayət və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz".

    ***

    13:55

    Rusiya neftinin Macarıstana tədarükü Ukraynanın neft kəmərinə hücumu səbəbindən dayandırılıb.

    Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "X" sosial şəbəkəsində etdiyi paylaşımında qeyd edib.

    "Ukrayna Macarıstana gedən neft kəmərinə yenidən hücum etdi. Bu, nəqlin dayandırılmasına səbəb oldu," – deyə o bildirib.

    Nazir qeyd edib ki, Macarıstanı təmin edən enerji infrastrukturuna edilən zərbələr yolverilməz və qəbuledilməzdir. O, əlavə edib ki, Rusiya tərəfi boru kəmərinin təmirinə başlayıb, lakin işlərin nə vaxt başa çatacağı hələ məlum deyil: "Ukraynalı qərar qəbul edənlərə xatırlatma: Macarıstandan alınan elektrik ölkənizin enerji təchizatında mühüm rol oynayır".

    Bundan əvvəl Macarıstan Ukraynanın Bryansk vilayətindəki “Drujba” neft kəmərinin paylayıcı qovşağına endirdiyi zərbəni pisləmişdi.