Macarıstan Soltanlı kəndinin bərpasına $30 mln ayırıb
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2025-ci il hesabatında deyilir
Macarıstan Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpası üçün 30 milyon dollar ayırır.
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2025-ci il hesabatında deyilir.
Sənədə əsasən, Azərbaycan İqtisadiyyat Nazirliyi və Macarıstan Yardım Agentliyi Soltanlı kəndində yaşayış binasının yenidən qurulması layihəsi üçün qrant vəsaitlərinin qəbul edilməsi ilə bağlı təsdiq məktubu imzalayıblar.
1 dəqiqədən az