Macarıstan və Slovakiya Azərbaycanla 12-14 mlrd/kub qaz alır
Rusiya Federasiyasının boru kəmərləri şəbəkəsinin istifadə olunacağı gözlənilir
Macarıstan və Slovakiya Azərbaycanla 12-14 milyard kubmetr qaz tədarükü ilə bağlı müqavilə imzalamağa yaxındırlar. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Qaz tədarükü üçün Rusiya qazını Ukrayna vasitəsilə Aİ-yə nəql edən Rusiya Federasiyasının boru kəmərləri şəbəkəsinin istifadə olunacağı gözlənilir.
İyulun 3-də Zelenski Bloomberg-ə müsahibəsində Ukraynanın Azərbaycan qazının öz ərazisi ilə Aİ ölkələrinə tranziti ilə bağlı danışıqlar apardığını bildirib və qeyd edib ki, Kiyev 2019-cu ildə Rusiya qazının Avropaya tranziti ilə bağlı imzalanmış 5 illik müqaviləni yeniləmək niyyətində deyil. Bu müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır.