XƏBƏRLƏR / Diplomatiya

Maltada ATƏT XİN Şurasının iclası keçirilir YENİLƏNİR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da tədbirdə iştirak edir

Maltada ATƏT XİN Şurasının iclası keçirilir YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:50

    “Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesinə dəstək verməyə hazırıq”.

    ATƏT-in Baş katibi əvəzi Keyt Firon qurumun Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında bildirib.

    O əlavə edib ki, təmsil etdiyi qurum bu istiqamətdəki bütün prosesləri diqqətlə müşahidə edir:

    “Ermənistanla Azərbaycan arasında sülh prosesini diqqətlə müşahidə edirik. Bildirmək istəyirəm ki, tərəflərin xahişi olarsa, biz də bu məsələyə öz dəstəyimizi göstərməyə hazırıq”.

    ***

    14:20

    “Zaman dəyişir, ATƏT üzvü olan ölkələr arasındakı münasibətlər mühüm geosiyasi sınaqlara məruz qalır”.

    Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər vı Avropa işləri naziri Yan Borq qurumun Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasındakı açılış nitqində deyib.

    O əlavə edib ki, rəsmi Valetta dünya ölkələri arasındakı fikir ayrılıqlarının sülh və qarşılıqlı dialoq yolu ilə həllini dəstəkləyir.

    ATƏT sədri Rusiya-Ukrayna müharibəsi və onun regiona yaratdığı təhlükəyə də toxunub:

    “Maltanın ATƏT-ə sədrliyi dövrü həm bu təşkilat üçün, həm də dünya miqyasında böhran vəziyyətinin mövcud olduğu vaxta təsadüf edir. Bu, Rusiyanın Ukraynaya 2022-ci ildə həyata keçirdiyi hərbi müdaxilədən sonra keçirilən silsilə görüşlərdən biridir. Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizliyinə sistematik təhdid yaradıb. Mən bundan öncəki çıxışımda bəyan etmişdim ki, bu gün sülhə nail olmaq uğrunda atacağımız addımlar məhz bizim sabahımıza hesablanacaq. Sabah artıq yetişib, lakin Avropada sülhün təminatı məsələsində çox az dəyişiklik baş verib. ATƏT və ətrafındakı təhlükəsizlik təhdidləri kompleks xarakter daşıyır. Yaranmış vəziyyət ATƏT üçün yeni deyil və əmin olun ki, biz buna qarşı təbirlər görmədən sabitləşməyəcək”.

    ***

    11:54

    Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçirilir.

    Bu barədə ATƏT-in saytında məlumat verilib.

    Məlumata görə, bu gün və sabah 57 iştirakçı dövlətin nümayəndələri regionda təhlükəsizliyin gələcəyini müzakirə edəcəklər.

    Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da tədbirdə iştirak edir.