
Mart ayında qeyri-iş günlərinin sayı məlum olub.
8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, martda 15 gün iş olmayacaq.