BLOQ / Yaddaş

Məhəmməd Əmin Rəsulzadə mühacirətdə

Fikir və missiya, seçim, yoxsa zərurət?

Məhəmməd Əmin Rəsulzadə mühacirətdə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimi, İstiqlal məfkirəsi daşıyıçısı və “Azərbaycançılıq” ideologiyasının banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümü münasibətilə 30 yanvar 2026-cı il tarixində, saat 14.00-da Milli Azərbaycan Tarixi Muzeyində elmi tədbir və sərgi keçiriləcək.

    Əsas məruzə "Mühacirətdə fikir və missiya: seçim, yoxsa zərurət?", "Məhəmməd Əmin Rəsulzadənin Avropa mühacirəti" mövzusunda olacaq. Məruzəçi Varşava Universitetinin, “Azərbaycan araşdırmaları Mərkəzinin müdiri Şəhla Kazımovadır.
         
    Tədbirdə "ANS" Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin M.Ə.Rəsulzadənin 1918-1920-ci illərdə yaşadığı binaya virtual xatirə lövhəsi layihəsi təqdim olunacaq.

    Həmçinin tarixçi alim Dilqəm Əhmədin şəxsi kolleksiyasında M.Ə.Rəsulzadəyə aid eksponatlardan ibarət sərgi təşkil ediləcək.  

    Giriş sərbəstdir.