Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti icraata götürmədi
AXCP-nin keçmiş üzvü Aydın Əliyev Əli Kərimliyə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdi
Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı irəli sürülən xüsusi ittiham qaydasındakı şikayəti icraata götürməyib.
Məhkəmə keçmiş cəbhəçi Aydın Əliyevin şikayətini icraata götürərək araşdırmaqdan imtina edib.
Qeyd edək ki, partiyanın keçmiş üzvü Aydın Əliyev Əli Kərimliyə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdi.