XƏBƏRLƏR / Məhkəmə

Əvəz Zeynallıya 10 il iş vermək istəyirlər

Hakim Əli Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesi yanvarın 26-da davam etdiriləcək

Əvəz Zeynallıya 10 il iş vermək istəyirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əvəz üçün Zeynallı 10 il həbs istəyib

    Bakıda “Xural Yayınları” MMC-nin təsisçisi və baş direktoru Əvəz Zeynallı və “SədaTV” MMC-də rəhbər vəzifədə çalışan Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Qəmzəyev çıxış edib. O, Əvəz Zeynallının 10 il ümumi rejimli koloniya, Elnur Şükürovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, Əvəz Zeynallı və Elnur Şükürov külli miqdarda rüşvət almaqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunurlar. Onların heç biri günahını etiraf etmir.

    Məhkəmə prosesi yanvarın 26-da davam etdiriləcək.