XƏBƏRLƏR / Rəsmi

Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri bu gün Bakıya səfər edib

Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

    Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

    Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvərliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirib.

    Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

    Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.