Muxtar Babayev Prezidentin iqlim üzrə nümayəndəsi oldu
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin başqa bir sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.