XƏBƏRLƏR / Kriminal

Meksikada narkokartel rəhbərii saxlanılıb: 11 nəfər ölüb

Şəhərdə avtomobillər və yanacaqdoldurma məntəqələri yandırılıb, bəzi yollarda hərəkət məhdudlaşdırılıb

Meksikada narkokartel rəhbərii saxlanılıb: 11 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Meksikada narkokartel rəhbərinin saxlanılması ilə bağlı keçirilən əməliyyat zamanı 11 nəfər ölüb.

    "Al Jazeera" xəbər verir ki, ölkənin Sinaloa ştatında keçirilən əməliyyat nəticəsində “El Çapo İsıdro” ləqəbi ilə tanınan Fausto İsıdro Mesa Flores saxlanılıb.

    Meksikanın Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat zamanı baş verən silahlı qarşıdurmada 7 silahlı şəxs və 4 hərbçi həlak olub.

    ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan 10 şəxsin siyahısında yer alan Mesa Flores “Beltran Leyva” cinayətkar təşkilatının rəhbəri hesab olunur.

    Əməliyyat Sinaloa ştatının Quasave şəhərində keçirilib. Saxlanılma zamanı təhlükəsizlik qüvvələri silahlı müqavimətlə üzləşib. Şəhərdə avtomobillər və yanacaqdoldurma məntəqələri yandırılıb, bəzi yollarda hərəkət məhdudlaşdırılıb.

    Meksika hakimiyyətinin məlumatına əsasən, əməliyyatın keçirilməsində ABŞ-dan əldə edilən kəşfiyyat məlumatlarından istifadə olunub.

    Mesa Flores narkotik vasitələrin ABŞ-a qanunsuz daşınmasında və qanunsuz silah saxlamaqda ittiham olunur. Saxlanılan şəxs digər şübhəlilərlə birlikdə Mexikoya aparılıb.