Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları gedir

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • 15 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun axtarışları davam etdirilir.

    Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

    Əlavə məlumat veriləcək.